Contact phone number:(+99450) 247 34 27

Contact email:

Şəkidən Yaponiyaya şirin ixracımız

01/14/2018

İşə 20 pətək ilə işə başladı, indi Yaponiyaya məhsul ixrac edir. Azərbaycan istehsalı olan “Qinyət Oğulları” markalı balın Yaponiyaya ixracına başanılması barədə Marja.az -a sahibkar Lətif Lətifov məlumat verib.

“Keçən 2017-ci ilin dekabr ayında Yaponiyaya məhsul ixrac etmişik. Bu, bizim təsərrüfat üçün böyük hadisədir. Gələcəkdə başqa ölkələrə də ixracı genişləndirməyi hədəfləyirik”.

“Mən həvəskar arıçı kimi işə başlayanda cəmi 20 arı pətəyimiz vardısa, hazırda mindən çox arı pətəyimiz var” deyən sahibkar sözlərinə belə davam edib:

“Bizim işimiz təbiətdən asılıdır. Hər ilin, hər fəslin öz hökmü var. Biz təbiətdə olan balı yığırıq. Təbiət hansı növ bal yığmağa şərait yaradırsa, bizdə də həmin növ bal olur. Məhsullarımız yaz balı, cökə, barınc və dağ balıdır. Baldan başqa arı südü, çiçək tozu və vərəmum da istehsal edirik. Qaldı ki, hər il nə qədər bal götürürük – bu rəqəm həmişə fərqli olub. Məsələn, ən çox 22 ton məhsul yığmışıq, elə illər də olub ki, 9 ton, 18 ton bal götürmüşük”.

Məhsulun az yığılmasının da bir səbəbi var: “Çox vaxt bunun səbəbi bitkilərə, meyvə bağlarına, bostanlara, xüsusilə də, taxıl əkilən sahələrə məhsulları zərərvericilərdən qorumaq üçün dərmanların, kimyəvi maddələrin vurulmasıdır. Məsələn, bu səbəbdən şirkətimiz 2009-cu ildə məhsul yığa bilmədi, demək olar ki, həmin il biz müflis olmuşduq”.

Lətif müəllim qeyd edib ki, hər bir sahədə olduğu kimi, arıçılıq da, böyük zəhmət tələb edən və gəlir verən sahədir: “Təsərrüfat yarandığı ilk gündən hər şeyi öz ailə- mizin gücünə etsək də, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 15 000 AZN kredit götürdük. Bunun təsərrüfatımıza böyük köməyi oldu”.

“BANKALARI İRANDAN, QAPAQLARI RUSİYADAN ALIRIQ”

O, “Qablaşdırma və daşınmanı necə həyata keçirirsiniz?” sualına aşağıdakı şəkildə cavab verib: “Qablaşdırma üçün 30, 140, 300, 470, 900 qramlıq bankalardan istifadə edirik. Bankaları İrandan, qapaqları Rusiyadan alırıq. Etiketlər Bakıda hazırlanır. Arıçılıq məhsulları Şəkidə qablaşdırılır, markalanır, Azərbaycanın digər rayonlarına və paytaxtımıza göndərilir”.

Sahibarsahənin çətinlikləri olduğunu da deyib: “Çətinlik ondan ibarətdir ki, Azərbaycanda arıçılıq məktəbi yoxdur, gənc arıçı kadrlara böyük ehtiyac var. Şəxsən mən həm də bir müəllim kimi, gənclərimizi öyrədirəm, amma məktəb olsaydı daha yaxşı olardı. Hazırda bizim kənddə 3 000 arı pətəyi var. Bacarıqlı kadrlarla gördüyümüz işin də keyfiyyəti, təbii ki, yüksək olur. Bir də qeyd etmək istərdim ki, son vaxtlar arı-çılıqda rəqabət güclənir. Əslində bu, çətinlik yox, keyfiyyət yarışıdır. Biz bacardığımızı edirik ki, “Qinyət Oğulları” arıçılıq məhsulları yerli bazarda lider olaraq qalsın. Onu da deyim ki, “Qinyət Oğulları” təsərrüfatı olaraq biz həmişə öz adımızı qorumağa çalışırıq. Məhsullarımızın keyfiyyətindən əmin olduqdan sonra onları satışa çıxarırıq. Əminliklə deyə bilərəm ki, balımız tam təbiidir və biz öz məhsullarımızı özümüz satırıq. Bal süzmə prosesini tam olaraq təkmilləşdirmişik, bal insan əli dəymədən süzülür. Avadanlıq ABŞ-dan gətirilmişdir. Bu işləri tam gigiyenik şəraitdə görürük”.

© Yeganə Məmmədova

Mənbə: http://marja.az/news/19129?title=20-petek-ile-ise-basladi-indi-yaponiyaya-mehsul-ixrac-edir

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US