Bayramov Çingiz İbrahim oğlu
16 saylı Yasamal
II Seçki Dairəsindən
Deputatlığa namizəd
Bayramov Çingiz İbrahim oğlu 31 May 1973-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində müəllim ailəsində anadan olub. 1989-cu ildə orta ümumtəhsil, 1991-ci ildə isə Tovuz şəhərində 155 saylı texniki peşə məktəbini bitirib.1991-1996-cı illərdə Türkiyə Respublikasının İstanbul Universitetinin Siyasi Elmlər Fakultəsini Dövlət İdarəçiliyi ixtisası üzrə bitirib. Tələbəlik illərində İstanbul şəhərində ali təhsil alan azərbaycanlı tələbələrin ilk tələbə təmsilçisi seçilmişdir.
2003-cü ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunda böyük məsləhətçi, ”Azərsu” Səhmdar Cəmiyyətində baş mütəxəssis və bir özəl şirkətdə baş müşavir vəzifəsində işləyib.
2015-ci ildə 16 saylı Yasamal rayonu II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.
2001-ci ildən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri və eyni zamanda Azərbaycan Milli Qeyri – Hökumət Təşkilatları Forumunun (MQF) idarə heyətinin üzvüdür. İctimai Birlik rəhbəri kimi yüzlərlə yerli və xarici tədbirin, konfransın təşkilatçısı və nümayəndəsi, milli və mənəvi dəyərləri təbliğ edən çoxsaylı layihələrin müəllifi olmuşdur.
Heç bir siyasi partiyanın üzvü deyil.
İşimiz Xidmət
Gücümüz Millət
Sizdən Biri
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına sistemli şəkildə çalışmaq;
- Azərbaycançılıq məfkurəsinin ölkə gəncləri arasında yayılması üçün təbliğat və təşviqat işlərini planlı şəkildə aparmaq;
- Azərbaycan multikultirazminin ölkə daxilində və xaricində ümumbəşəri bir idealogiya həddinə çata biləcək formada təbliğ etmək;
- Azərbaycan və türk diasporlarının sıx əlaqəli inkişafını təbliğ etmək, milli dəyərlərin ön planda inkişaf etməsinə və ümumbəşəri, çağdaş dəyərlərlə inteqrasiyasına çalışmaq;
- Türk Dövlətləri Birliyi uğrunda çalışmaq;
- Azərbaycan və Türk-islam dünyası arasındakı qardaşlıq, dostluq əlaqələrinin daha da mökkəmlənməsi istiqamətində əməli iş aparmaq;
- Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, kiçik və orta sahibkarların hüquqlarının qorunmasına və bu məqsədlə müvafiq qanunların qəbul olunmasına çalışmaq;
- Tibb sahəsində, aztəminatlı ailələrin tələbələrin, əlillərin, tibbi sığortadan ödənişsiz istifadə edilməsində, daha tez və keyfiyyətli müayinə və müalicəsi üçün müvafiq qanunların qəbulunda fəal iştirak etmək;
- Xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlıların problemlərinin həllinə çalışmaq;
- Xaricdə təhsil alan azərbaycanlı gənclərin diasporlarla sıx əməkdaşlığını təbliğ etmək;
- Yeniyetmə və gənclər arasında vətənpərvərlik ideyasını ardıcıl təbliğ etməkdə milli şüur və milli ruhu yüksəltməyə çalışmaq;
- Azərbaycan gənclərinin sosial-iqtisadi problərinin müsbət həllinə və onların ictimai-siyasi həyatda aktiv rol oynamasına daim səy göstərmək;
- Gənclər arasında elmin, mədəniyyətin və idmanın təbliği məqsədilə sistemli tədbirlərin keçirilməsi;
- Gənc alimlərin qayğısına qalmaq və onların sosial müdafiəsini yaxşılaşdırmağa çalışmaq;
- Tələbələrə özəl sektor tərəfindən təqaüd verilməsinə nail olmaq;
- Aztəminatlı ailələrin, gənc anaların sosial vəziyyətininin yaxşılaşması üçün analıq müavinətlərinin artırılmasına çalışmaq;
- Əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğu, onların mənzil şəraitinin yaxşılaşdırılmasını və onlara verilən sosial müavinətlərin, təqaüdlərin artırılmasına nail omaq;
- Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri, 20 yanvar əlilləri, Çernobıl əlilləri və Əfqanıstan müharibəsi veteranlarına sosial müdafiəsini hərtərəfli yaxşılaşdırmaq məqsədi ilə davamlı şəkildə çalışmaq;
- Ekologiya, ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və təbiətimizin gözəlliklərinin qorunması məqsədilə davamlı tədbirlərin keçirilməsi;
- Yasamal rayonunun sosial-iqtisadi problemlərinin həlli ilə bağlı Dövlət büdcəsindən daha çox maliyyə vəsaitinin artırılmasına çalışmaq;
- Daima fəaliyyətdə olan deputat qərargahının yaradılması və burada seçicilərin problemlərinə və şikayətlərinə baxılmasını təmin etmək.
0 Comment on this Article
Comment closed!