Noyabrın 28-30-da Bakıdakı “Expo Mərkəzi”ndə “Rec Expo” sərgisi keçirilib. Sərgi daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşmaqla, biznes sahəsində önəmli tədbirlərdən hesab olunur.
Biznesin müxtəlif sferaları ilə bağlı əlverişli xidmətlər təklif edən innovativ “NeHarada.az” saytı da sərgidə ayrıca stendlə təmsil olunub. Bu barədə təəssüratlarını bölüşən “NeHarada.az” saytının rəhbəri Rəşad Əliyev sərgidə təmsilçiliyi məhsuldar hesab edir: “NeHarada.az” saytı olaraq ilk dəfə bu sərgidə iştirak etdik. Sərgi yüksək səviyyədə təşkil olunmuşdu və oraya qatılan şirkətlərin, qonaqların rəngarəngliyi ilə diqqət çəkirdi. Sərgi daşınmaz əmlak sahəsində və iqtisadi həyatda kifayət qədər populyardır və ölkədə 3-cü dəfə keçirildi.
Tədbirdə çıxış edənlər daşınmaz əmlak sahəsində xüsusi güzəşt və təkliflər təqdim edirdilər ki, bu da müştərilər və tərəfdaş şirkətlər üçün cəlbedici idi. Ümumiyyətlə, bu sərgini iqtisadi həyat baxımından da çox faydalı hesab edirəm. Beynəlxalq səviyyəli bu sərgiyə yetərincə iş adamları baş çəkir və maraq göstərir. Beləliklə, “Expo Mərkəzi”ndə keçirilən tədbirdə iştirak etməklə beynəlxalq sərgilərdə təmsilçiliyimiz yönündə önəmli bir addım atmış olduq. Biz sərginin media bölməsində təmsil olunmuşduq. Məqsəd sərgidə xidmətlərimizi iştirakçılara əyani təqdim etmək idi. Sərginin ilk günü təqdimatımız oldu.”
R.Əliyev onu da diqqətə çatdırıb ki, “NeHarada.az” saytı olaraq mütəmadi şəkildə “Facebook” sosial şəbəkəsində istifadəçilərə hədiyyələr təqdim edir. “Facebook”da haştaqlarla paylaşım edən sosial şəbəkə iştirakçıları bu təklifimizi böyük rəğbətlə qarşılayır.
Ümumiyyətlə, bu sayt vasitəsilə siz, Azərbaycanın müxtəlif rayon və şəhərlərindəki məkanların yerini tapa və onların haqqında dolğun məlumat əldə edə bilərsiniz. Çox geniş kateqoriyalar üzrə fəaliyyət göstərən “Neharada.az”dan istifadə etmək üçün mobil tətbiqdən və ya mobil üçün uyğun saytımızdan istifadə etmək olar.
0 Comment on this Article
Comment closed!