Azərbaycanda fəaliyyət göstərən bir neçə İnformasiya Texnologiyaları (İT) şirkəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) #evdəqal həştəqi ilə başlatdığı kampaniyaya dəstək nümayiş etdirib.
Neharada.az xəbər verir ki, dəstək mətnində deyilir: »Azərbaycanda fəaliyyət göstərən İnformasiya Texnologiyaları (İT) şirkətləri olaraq Ümumdünya Səhiyyə sahəsində yaranan fövqəladə vəziyyət, o cümlədən Azərbaycanda da yayılan pandemiya, ölkədə online xidmətlərin daha da güclənməsinə zərurət yaratmaqdadır. Biz Azərbaycanda fəaliyyət göstərən İT şirkətləri olaraq öz milli məsuliyyətimizi dərk edir və ehtiyac zərurəti duyulan bütün istiqamətlərdə ölkəmizə təmannasız xidmət etməyə hazırıq.
Əminəm ki, ölkəmiz bu sınaqdan üzü ağ və ən az zərərlə çıxacaqdır. Əziz həmvətənlərim, “EvdəQal” tövsiyəsinə əməl edək. Dünya növbəti ciddi bir sağlamlıq sınağından keçməkdədir. Bu vəziyyət bütün ölkələr üçün həyatda qal mübarizəsidir. Bildiyiniz kimi, bir çox ölkədə vəziyyət çox ciddi, çox ağırdır. Ölkə Rəhbərliyinin uzaqgörənliyi sayəsində Azərbaycan bu pandemiyaya ilk reaksiya verən və özünü izolasiya edən ölkələrdən olmuşdur və xəstəlik ölkəmizə güclü nüfuz edə bilməmişdir. Hal-hazırda yaranmış xüsusi karantin rejimi insanların kütləviləşməsini və sosial fəaliyyətlərini məhdudlaşdırmışdır. Səbrli olaq, mümkün qədər işlərimizi online formada və mobil sistemlərlə həll etməyə çalışaq. Hər birinizə sağlam həyat, ruh dincliyi və qəlb rahatlığı arzu edirik.»
Hörmətlə, Elvin Abbasov».
Kampaniyaya qoşulan IT şirkətlər
- TimeSoft — Elvin Abbasov
- Ultra Tecgnologies — Abdul Qurbanov
- GT Solutions — Elxan Həsənov
- Virtual Azerbaijan Group of Companies — Esmira Həsənbəyova
- ITECH Group — İlqar Əzizov
- Smart Systems Technology — Firidun Əkbərov
- TRONİQ — Anar Nəbiyev
- Azlocation — Namiq Əliyev
- Datum — Anar Ismayılov
- Maxtexno — İlqar Cəfərov
- FROMAE — Fəxri Ələkbərov
- İNTEGRİS — Ceyhun Zeynalov
- Azerizone — Hüseyn Hüseynzadə
0 Comment on this Article